satellite   Azerspace-1: 11135 H 30000

Möminə Xatun türbəsinin bərpası istiqamətində işlər davam edir - FOTOLAR

Möminə Xatun türbəsinin bərpası istiqamətində işlər davam edir<font color=red> - FOTOLAR</font> Möminə Xatun türbəsinin bərpası istiqamətində işlər davam edir<font color=red> - FOTOLAR</font> Möminə Xatun türbəsinin bərpası istiqamətində işlər davam edir<font color=red> - FOTOLAR</font> Möminə Xatun türbəsinin bərpası istiqamətində işlər davam edir<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi Möminə Xatun türbəsinin bərpası istiqamətində görülən işlərin davam etdirilməsi məqsədilə “Atelier Erich Pummer GmbH” şirkətinin rəhbəriliyi və mütəxəssis heyəti Naxçıvana gəlib.
Hal-hazırda türbə ətrafında mövcud olan qruntların vəziyyətinin öyrənilməsi üçün geotexniki tədqiqatlar aparılır.

Mühəndis-geoloji quyuların qazılması nəticəsində zədələnmiş və zədələnməmiş torpaq nümunələri götürülərək laboratoriya sınaqlarından (qranulometrik tərkib, sıxlıq, rütubət, möhkəmlik həddi, konsolidasiya əmsalı) keçiriləcək. Nəticədə yeraltı suların səviyyəsi və xüsusiyyətləri müəyyənləşdiriləcək.

Şirkət tərəfindən tədqiqat nəticələrini və abidənin dayanıqlığını təmin etmək üzrə tövsiyyələri əks etdirən texniki hesabat hazırlanaraq Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə təqdim olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM