satellite   Azerspace-1: 11135 H 30000

“TRT Türk” radiosunda efirə çıxan “Azərbaycan rüzgarı” yayımını 2026-cı ildə də davam etdirir

“TRT Türk” radiosunda efirə çıxan “Azərbaycan rüzgarı” yayımını 2026-cı ildə də davam etdirir

Türkiyənin “TRT Türk” radiosunda efirə çıxan “Azərbaycan rüzgarı” proqramının 2026-cı ildə də yayımını davam etdirməsinə qərar verilib. Proqramın builki ilk yayımı görkəmli müğənni, Xalq artisti Şövkət Ələkbərovanın həyat və yaradıcılığına həsr olunub.

NTV-nin məlumatına görə, bununla bağlı AZƏRTAC-a açıqlama verən verilişin müəllifi və aparıcısı, soydaşımız, İstanbul Universitetinin doktorantı Səidə Ömər “Azərbaycan rüzgarı” proqramının əsrlər boyu bir-birini tamamlayaraq xalqımızın mənəvi dünyasını zənginləşdirən Azərbaycan ədəbiyyatı və musiqisini Türkiyə tamaşaçısına daha yaxından tanıtmağı hədəflədiyini bildirib.

O, həmçinin layihənin davam etdirilməsində göstərilən dəstəyə görə “TRT İstanbul” radiosunun rəhbəri Ali Fuad Gülmeze təşəkkürünü ifadə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM