satellite   Azerspace-1: 11135 H 30000

Dünyanın aparıcı muzeylərində Azərbaycan mədəniyyəti guşələri yaradıla bilər

Dünyanın aparıcı muzeylərində Azərbaycan mədəniyyəti guşələri yaradıla bilər

Dünyanın aparıcı muzeylərində Azərbaycan mədəniyyəti guşələrinin yaradılması və həmin muzeylərlə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.

NTV xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.

Bu çərçivədə həmçinin Azərbaycanın sənədli irsinin UNESCO-nun "Dünya Yaddaşı Reyestri"nə daxil edilməsi ilə bağlı tədbirlər görülməsi də nəzərdə tutulur.

Konsepsiyaya əsasən, Azərbaycanın mədəni irs nümunələrinin təbliği, o cümlədən nüfuzlu onlayn platformalarda yerləşdirilməsi, sərgilənməsi, araşdırılması və digər qaydada tanıdılması üçün normativ hüquqi bazanın və prosedurların təkmilləşdirilməsi planlaşdırılır.

Sənəddə o da vurğulanıb ki, Azərbaycanın dünyadakı izinin araşdırılması, o cümlədən Azərbaycan mənşəli mədəni irs nümunələrinin və mədəni sərvətlərin yerləşmə xəritəsinin hazırlanması, tədqiqi və atribusiyası, habelə mümkün olduqda restitusiyası və qaytarılması ilə bağlı məsələlərin sistemli şəkildə həll edilə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM