satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda keçirilən “Şərqin qapısı” teatr festivalı yekunlaşıb - FOTOLAR

Naxçıvanda keçirilən “Şərqin qapısı” teatr festivalı yekunlaşıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən “Şərqin qapısı” teatr festivalı yekunlaşıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən “Şərqin qapısı” teatr festivalı yekunlaşıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən “Şərqin qapısı” teatr festivalı yekunlaşıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən “Şərqin qapısı” teatr festivalı yekunlaşıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən “Şərqin qapısı” teatr festivalı yekunlaşıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən “Şərqin qapısı” teatr festivalı yekunlaşıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən “Şərqin qapısı” teatr festivalı yekunlaşıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən “Şərqin qapısı” teatr festivalı yekunlaşıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən “Şərqin qapısı” teatr festivalı yekunlaşıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən “Şərqin qapısı” teatr festivalı yekunlaşıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən “Şərqin qapısı” teatr festivalı yekunlaşıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən “Şərqin qapısı” teatr festivalı yekunlaşıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən “Şərqin qapısı” teatr festivalı yekunlaşıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən “Şərqin qapısı” teatr festivalı yekunlaşıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən “Şərqin qapısı” teatr festivalı yekunlaşıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən “Şərqin qapısı” teatr festivalı yekunlaşıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən “Şərqin qapısı” teatr festivalı yekunlaşıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən “Şərqin qapısı” teatr festivalı yekunlaşıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən “Şərqin qapısı” teatr festivalı yekunlaşıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda keçirilən “Şərqin qapısı” teatr festivalı yekunlaşıb<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə keçirilən, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və teatrın 143 illiyinə həsr edilən “Şərqin qapısı” teatr festivalı mayın 11-də başa çatıb.

Festivalın bağlanış mərasimində ölkənin müxtəlif teatr kollektivləri — S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrı festival çərçivəsində nümayiş etdirdikləri tamaşalara görə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı tərəfindən xüsusi təşəkkürnamələrlə təltif olunublar.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov “Şərqin qapısı” teatr festivalının ölkənin teatr mühitində mühüm mədəni hadisə olduğunu vurğulayıb, Naxçıvan teatr kollektivini festivalın uğurla təşkil olunması münasibətilə təbrik edib. O, festival münasibətilə hazırlanmış xüsusi hədiyyəni C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru Mir Qabil Əkbərova təqdim edib.

Bağlanış mərasimindən sonra tamaşaçılara C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təqdimatında dahi bəstəkar Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyası əsasında hazırlanmış tamaşa nümayiş etdirilib. 

Qeyd edək ki, 8–11 may tarixlərini əhatə edən festival çərçivəsində müxtəlif tamaşalar, ustad dərsləri, panel görüşlər və yaradıcılıq müzakirələri təşkil olunub. Festivalın əsas məqsədi teatr sənətinin inkişafına töhfə vermək, yaradıcı kollektivlər arasında sənət əlaqələrini genişləndirmək və milli teatr ənənələrinin təbliğini gücləndirmək olub.

Tədbir xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM