satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidovun müvafiq əmri ilə Şərur Rayon Mədəniyyət İdarəsinin müdiri Abbas Musayev işdən azad olunub. Nazir müavininin əmri ilə Nazirlik Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri İman Alırzayev Şərur Rayon Mədəniyyət İdarəsinin müdiri vəzifəsinə keçirilib.

Həsən Seyidovun digər bir əmri ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının rejissoru, Prezident mükafatçısı Həcərxanım Məmmədova müddətli əmək müqaviləsi əsasında Nazirlik Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM