satellite   Azerspace-1: 11135 H 30000

Kəlbəcərdə turizm və rekreasiya zonaları yaradılacaq

Kəlbəcərdə turizm və rekreasiya zonaları yaradılacaq

Kəlbəcər rayonunda 5 yerdə turizm və rekreasiya zonalarının yaradılması nəzərdə tutulur.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin Regional turizmin idarə edilməsi sektorunun müdiri Elgün Cavadov Ağdam şəhərində keçirilən “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda elmi-praktiki konfransda bildirib.

Onun sözlərinə görə, həmin zonalar Vəng, İstisu, Zülfüqarlı, Sultan-Heydər və Dəmirçidam adlı ərazilərdə təşkil ediləcək.

"Xocavəndə Hadrut, Ağbulaq, Tuğ və Böyük Tağlar, Zəngilanda Qaragöz, Qubadlıda isə eyni adlı turizm və rekreasiya zonaları olacaq", - deyə E.Cavadov əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM