satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan-Koreya hərbi əməkdaşlığı müzakirə olunub - FOTOLAR

Azərbaycan-Koreya hərbi əməkdaşlığı müzakirə olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan-Koreya hərbi əməkdaşlığı müzakirə olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan-Koreya hərbi əməkdaşlığı müzakirə olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan-Koreya hərbi əməkdaşlığı müzakirə olunub<font color=red> - FOTOLAR</font>

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Koreya Respublikasının Milli Müdafiə Nazirliyinin Xarici Kəşfiyyat İdarəsinin direktoru general-mayor Choi Chun-songun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyindən NTV-yə verilən məlumata görə, əvvəlcə Şəhidlər xiyabanını ziyarət edən Koreya nümayəndə heyəti şəhidlərimizin məzarları və “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri düzərək ehtiram nümayiş etdirib.

Azərbaycan Ordusunun Baş qərargahında keçirilən görüşdə general-polkovnik K.Vəliyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Hər iki ölkə arasında hərbi əməkdaşlıq çərçivəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirdiyini qeyd edib.

General-mayor C.Chun-song isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlıq ifadə edib. Əlaqələrimizin daha da gücləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.

Görüşdə maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM