satellite   Azerspace-1: 11135 H 30000

Zakir Həsənov Baş Klinik Hospitalı ziyarət edib - FOTOLAR

Zakir Həsənov Baş Klinik Hospitalı ziyarət edib<font color=red> - FOTOLAR</font>

Müdafiə Nazirliyinin rəhbər heyəti 26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 108-ci ildönümü münasibətilə Baş Klinik Hospitalı ziyarət edib.

Bu barədə NTV-yə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalın tibb personalı və burada müalicə olunan hərbi qulluqçularla görüşüb, onların müalicə prosesi və səhhəti ilə yaxından maraqlanıb.

​Nazirliyin rəhbər heyəti hərbi qulluqçuların tezliklə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb. Daha sonra şəxsi heyətə bayram sovqatları təqdim edilib.

​Hospitalın peşəkar tibb kollektivinin hərbi qulluqçuların müayinə, müalicə və reabilitasiyasındakı səmərəli fəaliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilib.

Müdafiə naziri hərbi qulluqçulara daha keyfiyyətli tibbi xidmət göstərilməsi barədə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

​Hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular müəssisədə yaradılan yüksək şəraitə, göstərilən diqqət və qayğıkeşliyə görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM