satellite   Azerspace-1: 11135 H 30000

İşğaldan azad edilmiş ərazilərdə 1500-ə yaxın layihə üzrə satınalma olub

İşğaldan azad edilmiş ərazilərdə 1500-ə yaxın layihə üzrə satınalma olub

Son 5 ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1500-ə yaxın layihə üzrə satınalma həyata keçirilib.

NTV xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov paytaxtda keçirilən 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisində ("Baku Build-2025") və 5-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh – 2025") bildirib.

Onun sözlərinə görə, təkcə bu ilin avqust ayında 260-dan çox satınalma olub ki, bu da 9 şəhəri, 90-a yaxın kənd və qəsəbəni əhatə edib.

"Həyata keçirilən layihələr Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin və Azərbaycanın artan iqtisadi potensialının göstəricisidir. Qarabağda bərpa proseslərinin dayanıqlılığı və səmərəliliyi maliyyə resurslarının düzgün idarə olunması və şəffaf mexanizmlərin tətbiqi ilə birbaşa bağlıdır", - deyə sədr qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM