satellite   Azerspace-1: 11135 H 30000

Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç olub - FOTOLAR

Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç olub <font color=red> - FOTOLAR</font> Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç olub <font color=red> - FOTOLAR</font> Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç olub <font color=red> - FOTOLAR</font> Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç olub <font color=red> - FOTOLAR</font> Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç olub <font color=red> - FOTOLAR</font> Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç olub <font color=red> - FOTOLAR</font> Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç olub <font color=red> - FOTOLAR</font> Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç olub <font color=red> - FOTOLAR</font> Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç olub <font color=red> - FOTOLAR</font>

Noyabrın 14-də Ağdamdan yola salınan növbəti köç karvanı Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə çatıb. Doğma yurda qayıdan ailələr bərpa edilmiş evlərinin açarlarını təhvil alaraq məskunlaşıblar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə verilən məlumata görə, bu mərhələdə Şuşakəndə 55 nəfərdən ibarət 19 ailə, Xanyurdu kəndinə isə 12 ailə - 34 nəfər köçürülüb. Köçürülən ailələr uzun illər respublikanın müxtəlif bölgələrində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlardan ibarətdir.

Şuşakənd və Xanyurduya qayıdan sakinlərə mənzillərin açarlarının təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin icraçı direktor müavini Mahmud Əfəndiyev, digər rəsmi şəxslər və kənd sakinləri iştirak ediblər.

M.Əfəndiyev çıxışında sakinləri doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin sürətlə aparıldığını, kəndlərdə bütün zəruri sosial infrastrukturun - yol, su, elektrik, qaz və digər kommunal xidmətlərin tam şəkildə təmin olunduğunu bildirib.

Sakinlər doğma yurdlarına qayıtmağın sevincini bölüşüblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM