satellite   Azerspace-1: 11135 H 30000

Masallıda narkotiklərin satışını təşkil edən şəxslər saxlanılıblar

Masallıda narkotiklərin satışını təşkil edən şəxslər saxlanılıblar

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbirlərlə 19 yaşlı Məhəmməd Əsgərov şübhəli şəxs qismində saxlanılıb. Ondan psixotrop maddə metamfetamin, heroin və marixuana aşkarlanıb.

NTV xəbər verir ki, əməliyyat tədbirlərinin davamı olaraq M.Əsgərova narkotik vasitə və psixotrop maddə satan şəxsin 26 yaşlı Vəsayət Buludov olduğu müəyyən edilib və o saxlanılıb.

Həmin şəxsdən də metamfetamin, heroin və marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM