satellite   Azerspace-1: 11135 H 30000

Göyçayda narkotiklərin satışı ilə məşğul olan silahlı şəxs saxlanılıb

Göyçayda narkotiklərin satışı ilə məşğul olan silahlı şəxs saxlanılıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NTV-yə  verilən məlumata görə, əməliyyat zamanı rayon sakini, 38 yaşlı İlkin Vəzirov saxlanılıb.

Ondan 2 kiloqram marixuana, 2 kiloqram 435 qram tiryək, 1 kiloqramdan artıq həşiş, 400 qrama yaxın heroin və metamfetamin, 80 ədəd psixotrop tərkibli həb, eləcə də qanunsuz olaraq üzərində daşıdığı tapança aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxsin narkotik vasitələri satış məqsədilə əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM