satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan 2026-cı ildə TRIPP layihəsi üzrə tikinti işlərinin başlayacağını gözləyir

Paşinyan 2026-cı ildə TRIPP layihəsi üzrə tikinti işlərinin başlayacağını gözləyir

Ermənistan 2026-cı ildə "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsi çərçivəsində tikinti işlərinin başlayacağını gözləyir.

NTV  Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə brifinq zamanı ölkənin Baş naziri Nikol Paşinyan bildirib.

"İşlər fasiləsiz davam edir. Hər gün olmasa da, azı hər həftə mühəndislik, layihə, maliyyə və logistika məsələləri müzakirə olunur. Başqa sözlə, proses irəliləyir və əgər texniki problemlər ona mane olmasa, biz tikinti işlərinin bu il başlamasını istəyirik", - o qeyd edib.

Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi üçün siyasi və maliyyə maneələrinin olmadığını bildirib.

O Ermənistan-ABŞ əməkdaşlığı gündəliyinə toxunaraq bildirib ki, yaxın vaxtlarda mühüm ikitərəfli sənədin ratifikasiyası gözlənilir, bundan sonra tərəflər onun bilavasitə həyata keçirilməsi mərhələsinə keçəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM