Naxçıvanda bir qrup müəllimə “Əməkdar müəllim” fəxri adı verilib - SƏRƏNCAM

Naxçıvanda bir qrup müəllimə “Əməkdar müəllim” fəxri adı verilib<font color='red'> - SƏRƏNCAM</font>

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq, Heydər Əliyev adına tam orta məktəbin 20 illiyi münasibətilə qərara alıram:

Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə:

Əhmədova Nailə Sahib qızı

Əliyeva Məhsəti Saleh qızı

Quliyeva Zülfiyyə Vaqif qızı

Məmmədov Faur Bəhrəm oğlu

Tarışova Xublar Yəhya qızına – “Əməkdar müəllim” fəxri adı verilsin".

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM