Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini fərman imzalayıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin  müavini fərman imzalayıb

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2011-ci il 28 iyun tarixli 20-IV FR nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov 2024-cü il 6 mart tarixdə Fərman imzalayıb.

Müvafiq fərmanla Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsasnaməsinə edilən dəyişikliyə əsasən, nazirliyə himayədar ailə və övladlığagötürmə sahələrində, həmçinin rayon, şəhər çağırış komissiyalarında müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin təmin edilməsi səlahiyyəti verilib. Müvafiq vəzifələrin icrası məqsədilə nazirliyin aparatında işçilərin say həddi 55-dən 65 ştat vahidinə çatdırılıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM