Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

Prezident İlham Əliyev iyunun 25-də Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra)".

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM