satellite   Azerspace-1: 11135 H 30000

Ağdaş rayonuna yeni icra başçısı təyin edilib

Ağdaş rayonuna yeni icra başçısı təyin edilib

Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Naxçıvan televiziyası xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, avqustun 7-də Tofiq Hüseyn oğlu İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, O.Hüseynzadə 1983-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

2006-2012-ci illərdə Səhiyyə Nazirliyi, 2012-2018-ci illər ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə işləyib. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında işləyib. 2018-ci ildən bu təyinatadək nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində çalışıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM