satellite   Azerspace-1: 11135 H 30000

Operativ nəqliyyat vasitələrinin siyahısı genişlənib

Operativ nəqliyyat vasitələrinin siyahısı genişlənib

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Naxçıvan televiziyası xəbər verir ki, dəyişikliyə əsasən, qanunun əsas anlayışları nəzərdə tutan 1-ci maddəsində operativ nəqliyyat vasitələrinin siyahısı genişləndirilib.

Belə ki, minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərinin yerinə yetirilməsi və partlayıcı sursatların daşınması işlərini icra edən avtomobillər də operativ nəqliyyat vasitəsi hesab olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM