Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.
NTV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib:
"general-leytenant" ali hərbi rütbəsi
general-mayor Adil Ələsgər oğlu Abdullayevə
"general-mayor" ali hərbi rütbəsi
polkovnik Fərhad Nəriman oğlu Səmədova
polkovnik Seymur Taleh oğlu Qaraşova
"daxili xidmət general-mayoru" ali xüsusi rütbəsi
daxili xidmət polkovniki Vaqif Tofiq oğlu İbrahimova.
