satellite   Azerspace-1: 11135 H 30000

İlham Əliyevin amnistiya təşəbbüsünün 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir

İlham Əliyevin amnistiya təşəbbüsünün 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir

Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünün ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.

NTV-nin Azərtaca istinadən məlumatına görə, bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Azərbaycan Prezidenti tərəfindən Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM