satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti İlham Əliyev Kopenhagendə Moldova Prezidenti ilə görüşüb - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev Kopenhagendə Moldova Prezidenti ilə görüşüb<font color=red> - FOTOLAR</font> Azərbaycan Prezidenti İlham Əliyev Kopenhagendə Moldova Prezidenti ilə görüşüb<font color=red> - FOTOLAR</font> Azərbaycan Prezidenti İlham Əliyev Kopenhagendə Moldova Prezidenti ilə görüşüb<font color=red> - FOTOLAR</font> Azərbaycan Prezidenti İlham Əliyev Kopenhagendə Moldova Prezidenti ilə görüşüb<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kopenhagendə Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb.

NTV xəbər verir ki, dövlətimizin başçısı Moldovada keçirilmiş parlament seçkilərində Maya Sandunun rəhbərlik etdiyi hakim Fəaliyyət və Həmrəylik Partiyasının qələbə qazanması münasibətilə təbriklərini çatdıraraq, bu seçkilərin Moldova xalqının iradəsini əks etdirdiyini dedi.

Moldova Prezidenti təbriklərə görə təşəkkürünü ifadə etdi. O da öz növbəsində Vaşinqtonda Ermənistanla Azərbaycan arasında Amerika Birləşmiş Ştatlarının şahidliyi ilə sülh gündəliyi üzrə əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nəticələrin tarixi əhəmiyyət kəsb etdiyini bildirdi.

Görüşdə ikitərəfli münasibətlərimizin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, xüsusilə də enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı.

Prezident Maya Sandu Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd etdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM