satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə İtaliya Nazirlər Şurasının sədri ilə görüşü olub - YENİLƏNİB - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə İtaliya Nazirlər Şurasının sədri ilə görüşü olub<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Azərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə İtaliya Nazirlər Şurasının sədri ilə görüşü olub<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Azərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə İtaliya Nazirlər Şurasının sədri ilə görüşü olub<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font>

Oktyabrın 2-də Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü olub.

NTV xəbər verir ki, görüşdə Azərbaycanla İtaliya arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi bildirilib və bu xüsusda bir neçə gün əvvəl İtaliya Prezidentinin Azərbaycana uğurlu rəsmi səfəri, səfər çərçivəsində Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı qeyd olunub.

Söhbət zamanı Azərbaycan ilə İtaliyanın enerji sahəsində uğurlu əməkdaşlığına toxunulub, ölkəmizin İtaliyanın enerji təhlükəsizliyinə töhfəsi vurğulanıb. Ölkələrimiz arasında investisiyalar, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM