satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb - YENİLƏNİB - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Azərbaycan Prezidenti İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Azərbaycan Prezidenti İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font>

Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşü olub.

NTV xəbər verir ki, Niderlandın Baş naziri Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəliyə aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələrlə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdıraraq, bunun mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Prezident İlham Əliyev də öz növbəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistanla Azərbaycan arasında imzalanmış Vaşinqton Bəyannaməsinin və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair sənədin regional sülh baxımından əhəmiyyətinə toxunub, iki ölkə arasında artıq sülhün mövcud olduğunu qeyd edib.

Görüşdə Niderland şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi vurğulanıb, bunun gəmiçilik, limanların qurulması, elektrik sənayesi, kənd təsərrüfatı, şəhərsalma və digər sahələri əhatə etdiyi qeyd olunub.

Söhbət zamanı Azərbaycanla Niderland arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.

Niderlandın Baş naziri ölkəmizdə COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb, və həmin tədbir çərçivəsində beynəlxalq iqlim gündəliyi ilə əlaqədar ciddi nəticələrin əldə olunduğunu qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM