satellite   Azerspace-1: 11135 H 30000

İlham Əliyev: Donald Trampın Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var

İlham Əliyev: Donald Trampın Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var

ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var.

NTV xəbər verir ki, Prezident bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edərkən bildirib.

Prezident İlham Əliyev Donald Trampla şəxsi münasibətlərinin də yüksək səviyyədə olduğunu deyib.

İlham Əliyev Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq, iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bunun iki ölkə, eyni zamanda, region üçün çox önəmli olduğunu deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM