satellite   Azerspace-1: 11135 H 30000

Xərçəng əleyhinə vaksin sınaqdan keçirilir

Xərçəng əleyhinə vaksin sınaqdan keçirilir

“Moderna” əczaçılıq şirkəti artıq xərçəng əleyhinə vaksinini xəstələr üzərində sınaqdan keçirir.

Naxçıvan televiziyası Britaniyanın "The Independent" internet nəşrinə istinadla xəbər verir ki, COVID-19-a qarşı dərmanın istehsalı üçün uyğunlaşdırılmış mRNA texnologiyası orqanizmə xərçəng hüceyrələrini tanımaq və onlarla mübarizə aparmağa kömək edir.

Ekspertlər güman edirlər ki, bu vaksinlər onkoloji xəstəliklərin əlverişli müalicəsinə gətirib çıxara bilər. Bədənə daxil olaraq mRNA-nın genetik materialı immun sistemini xərçəng hüceyrələrinin sağlam hüceyrələrdən necə fərqləndiyini "öyrədir" və onları məhv etmək üçün səfərbər edir. “BioNTech”, “Merck” və “Moderna” kimi şirkətlərin mRNA əsaslı xərçəng əleyhinə vaksinləri bütün dünyada kiçik sınaqlardan keçib və çox ümidverici nəticələr verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM