satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda HİV infeksiyasının ilkin aşkarlanması prosesinə start verilib - FOTOLAR

Naxçıvanda HİV infeksiyasının ilkin aşkarlanması prosesinə start verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda HİV infeksiyasının ilkin aşkarlanması prosesinə start verilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzi ilk dəfə olaraq tüpürcək testləri vasitəsilə HİV infeksiyasının ilkin aşkarlanması prosesinə start verib.

Muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NTV-yə bildirilib ki, bu metod ənənəvi qan testlərindən fərqli olaraq daha rahat, təhlükəsiz və sürətli nəticə əldə etməyə imkan verir.

İlkin mərhələdə sözügedən testlər Naxçıvan Muxtar Respublikası Yaqub Budaqov adına Psixi Xəstəliklər Dispanserində stasionar müalicə alan pasiyentlər arasında həyata keçirilib. Bu addım həm pasiyentlərin sağlamlıq durumunun vaxtında qiymətləndirilməsinə, həm də risk qruplarında HİV infeksiyasının erkən aşkarlanmasına xidmət edir.

QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü çərçivəsində icra edilən bu yeni yanaşma gələcəkdə digər tibb müəssisələrində də tətbiq ediləcək və əhalinin sağlamlığının qorunması istiqamətində mühüm addım olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM