satellite   Azerspace-1: 11135 H 30000

İnsulin dirənci zamanı qidalanma necə olmalıdır?

İnsulin dirənci zamanı qidalanma necə olmalıdır?

İnsulin dirənci bədən hüceyrələrinin insulin hormonuna düzgün cavab verməməsidir. Sadə desək, bədən insulini düzgün işlədə bilmir və şəkər balansı pozulur. İnsulin dirənci zamanı düzgün qidalanma qaydalarına əməl etmək xəstəliyin müalicəsində əhəmiyyətli rol oynayır.

NTV  xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.

Bildirilib ki, qidalanmanı bir neçə istiqamətdə dəyişdirərək yaxşı nəticə almaq mümkündür. Bunun üçün ilk növbədə iltihab əleyhinə pəhriz tövsiyə olunur. Eyni zamanda, qan şəkərini qəfil yüksəltməyən qidalara üstünlük verilməlidir. Həmçinin yeməklərin arasında uzun müddətli fasilə faydalı ola bilər.

Bundan əlavə, gündəlik kalori qəbuluna diqqət etməklə artıq çəkini azaltmaq da insulin dirəncinin müalicəsində olduqca önəmlidir. İnsulin dirənci zamanı tərəvəzlər, yumurta, balıq, toyuq, zeytun yağı, kefir, qatıq kimi qidalara daha çox üstünlük vermək tövsiyə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM