satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda Ahıllar Günü münasibətilə tibbi aksiya keçirilib - FOTOLAR

Naxçıvanda Ahıllar Günü münasibətilə tibbi aksiya keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Ahıllar Günü münasibətilə tibbi aksiya keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Ahıllar Günü münasibətilə tibbi aksiya keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Ahıllar Günü münasibətilə tibbi aksiya keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Ahıllar Günü münasibətilə tibbi aksiya keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 1 Oktyabr – Ahıllar Günü münasibətilə Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən Çətin Həyat Şəraitində olan Şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsində tibbi aksiya təşkil olunub.

 

Nazirliyin mətbuat xidmətindən NTV-yə bildirilib ki, aksiya çərçivəsində müəssisədəki ahılların sağlamlıq vəziyyətinin yoxlanılması məqsədilə həkim-mütəxəssislər tərəfindən kardioloji, oftalmoloji, nevroloji və terapevtik müayinələr aparılıb.

 

Müayinələr zamanı ahılların ürək-damar sistemi, göz və görmə qabiliyyəti, sinir sistemi, eləcə də ümumi sağlamlıq göstəriciləri diqqətlə yoxlanılıb. Həkimlər tərəfindən aparılan müayinələrin nəticələrinə uyğun olaraq vətəndaşlara fərdi məsləhətlər verilib, ehtiyac duyulan hallarda əlavə müalicə və profilaktik tədbirlərin görülməsi tövsiyə olunub.

 

Aksiya ahılların sağlamlığının qorunması və onlara göstərilən qayğıya töhfə vermək məqsədi daşıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM