satellite   Azerspace-1: 11135 H 30000

Vaxtından əvvəl ölüm riskini artıran məhsullar açıqlanıb

Vaxtından əvvəl ölüm riskini artıran məhsullar açıqlanıb

Ultra emal olunmuş qidalar ürək-damar xəstəlikləri və vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə artıra bilər. Avropa Kardioloqlar Cəmiyyətinin mütəxəssisləri belə nəticəyə gəliblər.  NTV xəbər verir ki, araşdırmanın icmalı “European Heart Journal” jurnalında dərc olunub.

Mütəxəssislər ultra emal olunmuş qidaların ürək sağlamlığına təsiri ilə bağlı hazırda mövcud olan bütün məlumatları təhlil ediblər. Söhbət tərkibində çoxlu əlavələr, şəkər, duz və emal olunmuş yağlar olan sənaye üsulu ilə istehsal edilən məhsullardan gedir. Bunlara şirin qəlyanaltılar, kolbasa məhsulları, yarımfabrikatlar və qazlı içkilər daxildir.

Araşdırmanın nəticələrinə görə, bu cür qidalardan daha çox istifadə edən insanlarda ürək-damar xəstəlikləri riski 19 faiz, qulaqcıqların fibrilyasiyası riski 13 faiz yüksək olub. Ürək xəstəliklərindən ölüm ehtimalının isə 65 faizə qədər artdığı müəyyən edilib. Bundan əlavə, ultra emal olunmuş məhsulların piylənmə, ikinci tip diabet və yüksək qan təzyiqinə səbəb olduğu bildirilib.

Tədqiqat müəlliflərinin fikrincə, problem yalnız məhsulların tərkibi ilə bağlı deyil, həm də onların sənaye üsulu ilə neçə dərəcədə emal olunması ilə əlaqədardır. Mütəxəssislər qeyd ediblər ki, hətta “faydalı” tərkibə malik məhsullar belə güclü emaldan keçdikdə sağlamlığa mənfi təsir göstərə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM