satellite   Azerspace-1: 11135 H 30000

Çexiya XİN vətəndaşının Ermənistandan Azərbaycana keçdiyini təsdiqləyib

Çexiya XİN vətəndaşının Ermənistandan Azərbaycana keçdiyini təsdiqləyib

Çexiya Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşının Azərbaycanla sərhədi keçən vaxt saxlanılmasını təsdiqləyib.

Naxçıvan televiziyası Çexiyanın ČTK agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariana Vernerova bildirib.

O qeyd edib ki, Çexiyanın Bakıdakı səfirliyi hazırda konsulluq görüşünü istəyir.

“Biz Çexiya vətəndaşının saxlandığını təsdiqləyirik. Saxlanmaya səbəb kimi onun sərhədi qanunsuz keçməsi göstərilir. Çexiya XİN onun ailəsi ilə əlaqə saxlayır”, - deyə vurğulayıb.

Xatırladaq ki, fevralın 3-də Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub və hərbçilər tərəfindən saxlanılıb.

Elə həmin gün müvafiq məlumat Çexiyanın Azərbaycandakı konsulluğuna göndərilib.

Hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmaları davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM