Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb

Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb.

NUHÇIXAN xəbər verir ki, sənədi 206 nəfər imzalayıb.

Məktubda deyilir:

“Hörmətli Norveç Nobel Komitəsinin rəhbərliyi və üzvləri,

Biz – Azərbaycan QHT-lərinin, Qarabağ və Şərqi Zəngəzur sakinlərinin təmsilçiləri olaraq, Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülməsi barədə mediada yayılmış xəbərləri hiddətlə qarşılayır, bu barədə Azərbaycan ictimaiyyətinin qəti mövqeyini diqqətinizə çatdırmaq istəyirik.

Ruben Vardanyanın həyat və fəaliyyəti Nobel Sülh Mükafatının rəhbər tutduğu ideal və dəyərlərə təhqir səciyyəsi daşıyır, bu adların yanaşı çəkilməsinin özü belə bu ali mükafatın dünyada qəbul edilmiş yüksək nüfuzuna ləkə gətirə, beynəlxalq ictimaiyyəti çaşdıra bilər.

Çirkli pulların yuyulması ilə sərvət toplamış kriminal ünsür, terrorçuluğu maliyyələşdirən sima kimi Ruben Vardanyan barədə ağır ittihamlar var. O, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış və sonradan özünü buraxmış qondarma separatçı rejimin – hərbi xuntanın bir müddət aparıcı rəhbər şəxslərindən biri olub.

Həmin dövrdə onun məhz sülhə əngəl olmaq niyyəti ilə Qarabağa gəlişi və ardıcıl yaydığı təxribat xarakterli açıqlamalar vəziyyəti artan xətt üzrə gərginləşdirib, o, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmağa çalışıb.

Beynəlxalq hüquq normalarını heçə sayan Vardanyan Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü təhdid edib, fəaliyyəti ilə Azərbaycan ərazisində “boz zona”nın saxlanmasını təşviq edib, azərbaycanlı məcburi köçkünlərin Xankəndiyə, Xocalıya və digər yaşayış məntəqələrinə qayıdışına mane olub.

Ruben Vardanyan kimiləri üçün çirkli pullardan müqəddəs heç nə yoxdur. Onu həmin dövrdə Qarabağa gətirmiş əsas motivlərdən birinin də məhz Ermənistan ordusunun Qarabağdakı tör-tökünlərini yenidən təşkilatlandırmaq yolu ilə Azərbaycanın bu ərazilərdəki qızıl və mis-molibden yataqlarını qanunsuz istismar etmək və daşımaq olması istisna deyil.

Ruben Vardanyan 2023-cü ilin sentyabrında Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən Qarabağdan qaçmaq istəyərkən saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur. Hazırda barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ruben Vardanyanın bir çox ölkələrdə qaranlıq maliyyə fəaliyyətinə dair ciddi şübhələr var. 2019-cu ildə OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) Vardanyanın qanunsuz fəaliyyəti ilə bağlı “Troyka Camaşırxanası” adlı araşdırma hesabatını dərc edib. Bu hesabatda Ruben Vardanyanın da iştirak etdiyi iddia edilən qeyri-qanuni fəaliyyətlərdən ibarət mürəkkəb şəbəkə ifşa edilib. 2019-cu ilin martında Avropa Parlamentinin üzvləri Avropa Komissiyasının sədrinə məktub yazaraq, “Troyka Dialoq”un keçmiş sahibi Ruben Vardanyana və “Troyka Dialoq”un “offşor sistemi” ilə əlaqəsi olan digər şəxslərə qarşı sanksiyaların tətbiq edilməsinin zəruriliyini bildiriblər. Məktubu Böyük Britaniya, İsveç, Almaniya və digər ölkələri təmsil edən 22 avropalı deputat imzalayıb.

Çirkli pullarla biznes imperiyası qurmuş beynəlxalq maliyyə fırıldaqçısı Ruben Vandanyanın əli dünyada günahsız insanların qanına bulaşıb, o, qanunsuz yollarla qazanc götürmək istədiyi hər yerdə terrorçuluğu maliyyələşdirməkdə iştirak edib.

Nobel Sülh Mükafatı özündə Alfred Nobelin təşviq etmək istədiyi sülh, barışıq və beynəlxalq əməkdaşlıq ruhunu təcəssüm etdirir. Biz Norveç Nobel Komitəsini çoxsaylı cinayətlərdə ittiham olunan Ruben Vardanyanla əlaqədar məsələyə yanaşmada Azərbaycan ictimaiyyətinin bu şəxs barədə aydın və qəti mövqeyini nəzərə almağa çağırırıq”.

Məktubu imzalayıb:

  1. Fatma Səttarova - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının İdarə Heyətinin sədri
  2. Ramil İskəndərli - "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri
  3. Azər Allahverənov - “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri
  4. Zaur İbrahimov - “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri
  5. Günel Səfərova - “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri
  6. Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti
  7. Novella Cəfərova - D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri
  8. Səidə Qocamanlı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri
  9. Səadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti-Azərbaycan Milli Bölməsinin İdarə Heyətinin sədri
  10. Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti
  11. Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri
  12. Xatirə Vəliyeva - “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri
  13. Vüqar Qədirov - "Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" İctimai Birliyinin sədri
  14. Leyla Hüseynova - "Sosial Rifah" Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyinin sədri
  15. Könül Behbudova - “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri
  16. Sevinc Alızadə - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri
  17. Rey Kərimoğlu - Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri
  18. Mehriban Məmmədova - “Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri
  19. Xalid Kazımov - “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri
  20. Tünzalə Abdüləlimova - "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri
  21. Ceyran Həsənova - Şəhid Analarına Dəstək İctimai Birliyinin sədri
  22. Telman Qasımov - “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri
  23. Bəhruz Məmmədzadə - "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin sədri,
  24. Mehdi Mehdiyev - Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri
  25. Füzuli Rzaquliyev - "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədri
  26. Ceyran Əzizova - “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri
  27. Naibə Behbudova - “Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri
  28. Hafiz Səfixanov - "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri
  29. Oktay Sadıqov - "Qaçqın və Deportasiya Olunmuşlara Dayaq" İctimai Birliyinin sədri
  30. Roza Əliqızı - “Əsgər Ailəsi Cəmiyyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədri
  31. Fariz Xəlili - MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri
  32. Aqil Camal - “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri
  33. Şahin Camalov - "İnsan Hüquqları XXI əsr Azərbaycan" Fondunun prezidenti
  34. Əhməd Abbasbəyli - “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri
  35. Mayis Əliyev - "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri
  36. Ayşən Hüseynova - Soyqırımı həqiqətlərinin tanıdılması İctimai Birliyinin nümayəndəsi
  37. Şəhla Nağıyeva - Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin sədri
  38. Davud Rəhimli - Əlil Təşkilatlar İttifaqının sədri
  39. İradə Rizazadə - "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri
  40. Adilə Qəmbərova - Xankəndi sakini
  41. Arif Tağıyev - Xankəndi sakini
  42. Habil İsmayılov - Xankəndi sakini
  43. Süleyman Yusibov - Laçın sakini
  44. Elxan Təhməzov - Laçın sakini
  45. Saleh Qasımov - Ağdərə sakini
  46. Bilal Axundov - Ağdərə sakini
  47. Məhəddin Quliyev - Ağdərə sakini
  48. Ramin Nadirov - Kəlbəcər sakini
  49. Ədalət Bəxtiyarov - Kəlbəcər sakini
  50. Zümrüd Quliyeva - Ağdam sakini
  51. Nadya Allahyarova - Ağdam sakini
  52. Gülnarə Əhmədova - Füzuli sakini
  53. Səməd Əliyev- Füzuli sakini
  54. Güləli Məmmədov - Zəngilan sakini
  55. Əlövsət Tanrıverdiyev - Cəbrayıl sakini
  56. Murad İbişov - Cəbrayıl sakini
  57. Etiraf Qasımov- Zəngilan sakini
  58. İslam Bayramov - Xocavənd sakini
  59. Faiq Fətəliyev - Xankəndi sakini
  60. Məlahət Hüseynova - Xocalı sakini
  61. Aqilə Əlizadə - Şuşa sakini
  62. İman Allahverdiyev - Xocalı sakini
  63. Arif Əliyev - Xankəndi sakini
  64. Zamin Həsənov - Xankəndi sakini
  65. Famil Şükürov – Şuşa sakini
  66. Yelmar Ələsgərov – Şuşa sakini
  67. Yasin Məhərrəmov - Xankəndi sakini
  68. Gülnaz Salahova - Xankəndi sakini
  69. Seymur Nəbiyev - Xankəndi sakini
  70. Tacimə Quliyeva - Xankəndi sakini
  71. Xəyyam Allahverdiyev - Xankəndi sakini
  72. Etibar Abışov - Xocavənd sakini
  73. Azad Əliyev - Şuşa sakini
  74. Murad Allahverdiyev - Xocalı sakini
  75. Vidadi Əliyev - Xocalı sakini
  76. Nizami Balayev - Şuşa sakini
  77. Əlövsət Vəliyev - Şuşa sakini
  78. Fəxrəddin İsmayılov - Şuşa sakini
  79. Şükür Quliyev - Xocavənd sakini
  80. Roman Quliyev - Xankəndi sakini
  81. Tubu İbrahimova - Xankəndi sakini
  82. Arif Hüseynov - Xocavənd sakini
  83. Muradxan Quliyev - Xocavənd sakini
  84. Elçin Dadaşоv - Xankəndi sakini
  85. Əbülfət Məmmədоv - Xankəndi sakini
  86. Quzal Abbasova - Xocalı sakini
  87. Minarə Bayramоva - Xocalı sakini
  88. Şükür İbrahimоv - Xocavənd sakini
  89. Vaqif Həsənоv - Xocalı sakini
  90. Əyanət Məmmədоv - Xocavənd sakini
  91. Arif Dоstiyev - Şuşa sakini
  92. Mələk Abbasova - Xocalı sakini
  93. Elmira Kərimova - Xocalı sakini
  94. Nazilə Məhərrəmova – Şuşa sakini
  95. Famil Kərimov – Şuşa sakini
  96. Anar Əsədov - Xocalı sakini
  97. Rəvan Həsənov - Xocalı sakini
  98. Rahilə Rəhimova - Şuşa sakini
  99. Ramil Babayev - Xocavənd sakini
  100. Bəxtiyar Məmmədov - Xocavənd sakini
  101. Rafiq Hümbətov - Şuşa sakini
  102. Rafail Məmmədov - Şuşa sakini
  103. Anar Əbdülov – Xocalı sakini
  104. Nəbi Əzimov – Şuşa sakini
  105. Nargilə İsgəndərova - Xocavənd sakini
  106. Zamin Nadirov – Şuşa sakini
  107. Sahibə Şahmuradova – Xocalı sakini
  108. Ramil Qasımov – Şuşa sakini
  109. Şahnaz Behbudova – Xocalı sakini
  110. Seymur Bəxtiyarov - Xankəndi sakini
  111. Vahid Ələkbərov – Şuşa sakini
  112. Gülnaz Orucova – Xocalı sakini
  113. Bakir Məmmədov – Xocalı sakini
  114. Tahir Cəfərov - Xocavənd sakini
  115. Fatma Hüseynova - Xocavənd sakini
  116. Qəmər Məmmədova – Şuşa sakini
  117. Mahir Səfərov – Xocalı sakini
  118. Məlahət Məmmədova – Xocalı sakini
  119. Rəna Əzimova – Xocalı sakini
  120. Ramiz Həsənov – Şuşa sakini
  121. Qəmbər Məhərrəmov - Xankəndi sakini
  122. İlham Kərimov – Şuşa sakini
  123. Fəxrəddin Əsədov - Xocavənd sakini
  124. Cəlal Camalov - Xocavənd sakini
  125. Qabil Əkbərov – Xocalı sakini
  126. Zenfira Əliməmədova – Xocalı sakini
  127. Surxay Quliyev – Xocalı sakini
  128. Elman Xəlilov - Şuşa sakini
  129. Sirac Malasov - Kəlbəcər sakini
  130. Ceyhun Baxışov -Kəlbəcər sakini
  131. Hicran Əmrahova - Kəlbəcər sakini
  132. Fəqan Vəliyev – Şuşa sakini
  133. Yəhya Niyazov – Şuşa sakini
  134. Qənimət Bayramov – Xocalı sakini
  135. Elnur Bəylərov – Şuşa sakini
  136. Möhübbət Həsənov – Şuşa sakini
  137. Elbəniz Hüseynov - Xocavənd sakini
  138. Vasif Əliyev - Xocavənd sakini
  139. Rövşən Qasımov - Xocavənd sakini
  140. Həsən Əhmədov – Xocalı sakini
  141. Svetlana Cavadova – Xocalı sakini
  142. Fidan Əliyeva – Xocalı sakini
  143. Nüşabə Quliyeva – Şuşa sakini
  144. Alesiya Bəhmənova – Şuşa sakini
  145. Sara Həsənova - Xocəvənd sakini
  146. Səyyarə Nəcəfova - Xocəvənd sakini
  147. Fuad Salahov – Şuşa sakini
  148. Taleh Cabbarov - Xankəndi sakini
  149. Bulus Quliyev - Xankəndi sakini
  150. Vaqif Həsənov – Şuşa sakini
  151. Emin Zeynalov – Şuşa sakini
  152. İlqar Əmirov - Xankəndi sakini
  153. İsmayıl Cəbrayılov – Şuşa sakini
  154. Əfqan Rzayev - Xankəndi sakini
  155. Möhübbət Səfərov - Xankəndi sakini
  156. Əvəz Mehralıyev – Şuşa sakini
  157. Qalib Mirzəliyev – Şuşa sakini
  158. Nəbi Qasımov - Xocavənd sakini
  159. Rasim Hüseynov - Xocavənd sakini
  160. Fazil Quliyev – Xocalı sakini
  161. Ədalət Qasımov – Şuşa sakini
  162. Məhəmməd Zeynalov – Xocalı sakini
  163. Əhliman Quliyev – Xocalı sakini
  164. Ramiz Süleymanov – Şuşa sakini
  165. Mənsur Nəcəfov – Xocalı sakini
  166. Fikrət Abbasov - Xocavənd sakini
  167. Vahid Abbasov – Xocalı sakini
  168. Cəmil Rəhimova - Xocalı sakini
  169. Valeh Allahverdiyev - Şuşa sakini
  170. Aslan Əmirov - Şuşa sakini
  171. Zahir Usubov - Xocalı sakini
  172. Mahirə İsmayılova – Xocalı sakini
  173. Səxavət Abbasov – Şuşa sakini
  174. Mehman Həşimov – Xocalı sakini
  175. Gəray Həşimov – Xocalı sakini
  176. Xatirə Cəfərova - Xocəvənd sakini
  177. Vasif Həşimov – Şuşa sakini
  178. Vüqar Kərimov – Şuşa sakini
  179. Rza Məmmədov - Xocəvənd sakini
  180. Səbuhi Məmmədov – Şuşa sakini
  181. Reyhan Quliyeva – Şuşa sakini
  182. Novruz Rəsulov - Xankəndi sakini
  183. Müzəffər Qurbanov - Xankəndi sakini
  184. Sevil Şükürova - Xankəndi sakini
  185. Elxan Ağayev – Şuşa sakini
  186. Vaqif Ağayev – Xocalı sakini
  187. Vaqif Məmmədov – Xocalı sakini
  188. Zülfü Quliyev – Xocalı sakini
  189. Məzahir Ağayev – Xocalı sakini
  190. Nadir Məmmədov – Xocalı sakini
  191. Fazil Quliyev – Xocalı sakini
  192. Məhəmməd Zeynalov – Xocalı sakini
  193. Vaqif Məmmədov – Xocalı sakini
  194. Ələmşah Hüseynov – Şuşa sakini
  195. Məmməd Süleymanov – Şuşa sakini
  196. Xanımzər Sadıqova – Şuşa sakini
  197. Nazim Mirzəyev - Xankəndi sakini
  198. İnşallah Mahmudov - Xankəndi sakini
  199. Lətafət Quliyeva – Şuşa sakini
  200. Tacir İsmayılov – Xocalı sakini
  201. Adil Əzizоv – Şuşa sakini
  202. Mustafa Səfərov - Laçın sakini
  203. Ülfət İlyasov - Laçın sakini
  204. Rauf Əhmədov - Laçın sakini
  205. Mahir Səmədov - Ağdərə sakini
  206. Təbib Əzizov - Ağdərə sakini
Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM