satellite   Azerspace-1: 11135 H 30000

Riqa Bakı ilə İrəvan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

Riqa Bakı ilə İrəvan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

Latviya Azərbaycanla və Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Latviyanın yeni təyin olunmuş xarici işlər naziri Bayba Braje sosial şəbəkədə bildirib.

“Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata bəyannaməsi əsasında sərhədin delimitasiyası ilə bağlı irəliləyişə dair razılığa gəldiyi xəbərini alqışlayıram.

Diplomat bunun Bakı ilə İrəvan arasında “davamlı sülh razılaşması yolunda mühüm addım” olduğunu vurğulayıb.

Xatırladaq ki, aprelin 19-da Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM