satellite   Azerspace-1: 11135 H 30000

Səfir: Türkiyə Maarif Vəqfinin fəaliyyəti ölkələrlə qardaşlıq əlaqələrini gücləndirməyə hədəflənib

Səfir: Türkiyə Maarif Vəqfinin fəaliyyəti ölkələrlə qardaşlıq əlaqələrini gücləndirməyə hədəflənib

Türkiyə Maarif Vəqfinin fəaliyyəti ölkələrlə qardaşlıq əlaqələrini gücləndirməyə hədəflənib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakı Beynəlxalq Maarif Məktəbində keçirilən tədbirdə çıxışı zamanı deyib.

Səfir bildirib ki, Türkiyə Maarif Vəqfinin 52 ölkədə 464 məktəblə fəaliyyəti ölkəsinin qürurudur: "Türkiyə Maarif Vəqfinin fəaliyyəti ölkələrlə qardaşlıq əlaqələrini gücləndirməyə hədəflənib. Burada yetişdirilən gələcək nəsil də dost-qardaş ölkələrin müttəfiq kimi beynəlxalq arenada daha güclü əməkdaşlıqlarının davam etdirilməsinə töhfə verəcək".

"Azərbaycanla Vətən müharibəsində birlikdə necə böyük nailiyyətlər əldə etdiyimiz ən böyük nümunədir. Məktəblərimiz dostluq-qardaşlığa töhfə verəcək nəsillərin yetişdirilməsini hədəfləyib", - C.Bağçı əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM