satellite   Azerspace-1: 11135 H 30000

İordaniya XİN Azərbaycan və Ermənistan arasında delimitasiya razılaşmasını alqışlayıb

İordaniya XİN Azərbaycan və Ermənistan arasında delimitasiya razılaşmasını alqışlayıb

İordaniyanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı bu yaxınlarda əldə edilmiş son razılaşmaya öz dəstəyini ifadə edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sufian Qudah açıqlamasında bildirib.

Nazirliyin sözçüsü deyib ki, İordaniya iki ölkə arasında sabitlik və təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəklədiyini bir daha bəyan edir.

XİN rəsmisi belə razılaşmaların daha geniş sülh danışıqlarına yol açmaqda və qlobal sülh və təhlükəsizliyin gücləndirilməsində əhəmiyyətini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM