satellite   Azerspace-1: 11135 H 30000

Almaniyada Ulu Öndərin doğum günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar idman yarışları keçiriləcək

Almaniyada Ulu Öndərin doğum günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar idman yarışları keçiriləcək

Azərbaycan Respublikasının Diasporla üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyanın Maqdeburq (Barleben) şəhərində Ulu Öndər Heydər Əliyevin doğum günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar idman yarışları keçiriləcək.

Dövlət Komitəsindən Naxçıvan televiziyası-a bildirilib ki, yarışlarda 6-18 yaşlı uşaqlardan ibarət idman festivalı və Almaniyada təsis edilmiş Diaspora Boks Liqasının boksçularının iştirakı ilə müxtəlif idman növləri nümayiş olunacaq. Yarışlarda fərqlənən idmançılar medallar və hədiyyələrlə mükafatlandırılacaq.

Maqdeburq şəhərində həmyerlimiz Yaşar Niftəliyev tərəfindən təsis olunmuş, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Dünya Boks Komitəsinin (WBCA-WORLD BOXING COMMITTEE H.ALIYEV), Diaspora Boks Liqasının (DBL-DIASPORA BOXING LEAGUE) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ənənəvi olaraq hər il Almaniyada Ulu Öndərin doğum günü geniş miqyasda qeyd edilir.

Yarışlarda məqsəd Ümummilli Liderin idmanla bağlı tövsiyələrinə əməl etmək, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı, eləcə də digər xalqların idmançı nümayəndələri ilə əlaqələrin qurulması, üçrəngli bayrağımızın dünya arenalarında dalğalandırılması, Ulu Öndər adını daşıyan Dünya Boks Komitəsinin təsis etdiyi WBCA kəmərinin 5 nüfuzlu kəmər sırasına düşməsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM