satellite   Azerspace-1: 11135 H 30000

Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olunub

Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olunub

Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycanın Braziliya, Qayana, Surinam və Ekvadordakı səfiri Rəşad Novruz "X"də paylaşım edib.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Qayana, Surinam və Ekvador dövlət başçılarına dəvət məktubunu sözügedən ölkələrin səfirlərinə təqdim etdiyini bildirib.

"Ekvador, Qayana və Surinamdan olan əziz həmkarlarımla görüşmək çox xoşdur. Onlara Azərbaycan Prezidentinin Qayana, Surinam və Ekvador prezidentlərinə COP29-a dəvət məktublarını çatdırdım. İkitərəfli, regional və çoxtərəfli məsələlər ətrafında səmərəli söhbət apardıq. Bu Zirvə görüşünün həqiqi uğur qazanması üçün hamımızı çox iş gözləyir", - diplomat qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM