İtkin düşmüş şəxslərin axtarış işlərinə mane olan əsas amillərdən biri hazırda ərazilərin minalarla çirkəndirilməsidir.
NUHÇIXAN-ın məlumatına görə, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov aprelin 30-da keçirilən brifinqdə deyib.
O bildirib ki, axtarış işlərinə mane olan əsas amillərdən biri hazırda ərazilərin minalarla çirkəndirilməsidir:
“Təəssüf ki, Ermənistan itkin düşmüş şəxslərin məzar yerləri ilə bağlı məlumatı təqdim etmir. Bununla bağlı dəqiq məlumatlar Ermənistan tərəfindədir".