satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə Azərbaycan hərbçilərinin qatıldığı “Kurtaran-2024” hərbi təlimləri başa çatıb

Türkiyədə Azərbaycan hərbçilərinin qatıldığı “Kurtaran-2024” hərbi təlimləri başa çatıb

Türkiyənin Marmaris şəhərində Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Kurtaran-2024” hərbi təlimləri başa çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, təlimlərdə Türkiyə və Azərbaycanla yanaşı, ABŞ, Banqladeş, Bəhreyn, Bolqarıstan, Braziliya, Mərakeş, Misir, Malayziya, Mozambik, Pakistan, Səudiyyə Ərəbistanı, Tailand və Oman iştirak edib.

Manevrlər aprelin 24-də başlayıb və 6 gün davam edib.

Təlimlərdə Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Sahil Mühafizəsinin şəxsi heyətləri iştirak ediblər.

Hazırlıqlar çərçivəsində müxtəlif manevrlər icra edilib.

Eyni zamanda qarşılıqlı təcrübə mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM