satellite   Azerspace-1: 11135 H 30000

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin meyit qalıqlarının ekspertizasının harada aparıldığı açıqlanıb

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin meyit qalıqlarının ekspertizasının harada aparıldığı açıqlanıb

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin aşkar olunmuş meyit qalıqları ilə bağlı aparılan ekspertizalar yalnız ölkə daxilində həyata keçirilir.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşı Selcan Familzadə aprelin 30-da keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bunun üçün bütün zəruri və mütəxəssislər, təcrübəli, ixtisaslı ekspertlər var:

“Daha konkret desək, təyin olunmuş ekspertizaların icrası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinə və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinə tapşırılıb”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM