Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir - VİDEO

Türkiyənin Konya şəhərində “Anadolu Ankası – 2024” ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir.

Azərbaycan Müdafiə Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, ilkin mərhələdə təlim iştirakçılarına brifinq təqdim olunub.

Brifinqdə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar və təhlükəsizlik qaydaları baradə ətraflı məlumat verilib.

Müxtəlif ölkələrin hərbçilərinin iştirak etdiyi təlimdə Azərbaycanı Hərbi Hava Qüvvələrinin Paraşüt desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.

“Anadolu Ankası – 2024” təlimi mayın 17-dək davam edəcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM