satellite   Azerspace-1: 11135 H 30000

Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - YENİLƏNƏCƏK

Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub<font color='red'> - YENİLƏNƏCƏK</font>

Azərbaycana dövlət səfərinə gələn Bolqarıstan Prezidenti Rumen Radevin mayın 8-də rəsmi qarşılanma mərasimi olub.

Naxçıvan televiziyası xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və birinci xanım Desislava Radevanı qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidentinə raport verib.

Bolqarıstan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.Azərbaycan nümayəndə heyəti Bolqarıstan Prezidenti Rumen Radevə və birinci xanım Desislava Radevaya, Bolqarıstan nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Rumen Radevin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM