satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşünü alqışlayırıq

Rusiya XİN: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşünü alqışlayırıq

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Almatıda keçiriləcək görüşünü alqışlayır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə “BakuTV”nin sualını cavablandırarkən deyib.

“Mayın 10-da baş tutacaq bu görüşü alqışlayırıq. Rusiya Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin təşviqi üçün yardım göstərməyə davam etməyə hazırdır. Xatırladaq ki, aprelin 22-də Moskvada Rusiya və Azərbaycan prezidentləri arasında danışıqlar aparılıb və bu gün Rusiya lideri ilə Ermənistanın baş naziri arasında görüş olacaq. Bu danışıqların gündəliyində Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi məsələləri var”, - o vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM