satellite   Azerspace-1: 11135 H 30000

Latviyalı spiker: Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik

Latviyalı spiker: Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik

Latviya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Latviya parlamentinin sədri Dayqa Mierinya Bakıda mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, səfərinin məqsədi ölkələr arasında parlamentlərarası əməkdaşlığı dərinləşdirməkdir:

“Parlament dostluq qrupları arasında mövcud sıx əməkdaşlıqla yanaşı, parlamentlərimizin müxtəlif komitələri və ya komissiyaları arasında daha sıx əməkdaşlığın qurulması imkanlarını müzakirə etdik. Məsələn, təhsil, mədəniyyət sahəsi, ölkələrimiz arasında tələbə mübadiləsinin qurulması və bir çox başqa imkanlar barəsində fikir mübadiləsi apardıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM