satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev: Transxəzər nəqliyyat dəhlizi Avropa və Mərkəzi Asiya üçün getdikcə daha çox əhəmiyyət kəsb edir

Prezident İlham Əliyev: Transxəzər nəqliyyat dəhlizi Avropa və Mərkəzi Asiya üçün getdikcə daha çox əhəmiyyət kəsb edir

Təbii ki, bizim müzakirə etdiyimiz (Tacikistan Prezidenti ilə - red.) mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır. Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşdə deyib.

“Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM