satellite   Azerspace-1: 11135 H 30000

Anar Ələkbərov Əminə Ərdoğanı COP29-a hazırlıq işləri barədə məlumatlandırıb

Anar Ələkbərov Əminə Ərdoğanı COP29-a hazırlıq işləri barədə məlumatlandırıb

Türkiyənin birinci xanımı Əminə Ərdoğan İstanbulda Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşüb.

Naxçıvan televiziyası xəbər verir ki, Anar Ələkbərov Əminə Ərdoğanı Heydər Əliyev Fondunun gördüyü işlər və COP29-a hazırlıq işləri barədə məlumatlandırıb.

Ə.Ərdoğan Azərbaycanı COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik edib və Türkiyə olaraq qardaş Azərbaycanı dəstəkləmək üçün əllərindən gələni edəcəklərini bildirib.

“Türkiyə olaraq hər zaman qardaş ölkə Azərbaycanın yanındayıq”, - Ə.Ərdoğan vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM