satellite   Azerspace-1: 11135 H 30000

Hakan Fidan rusiyalı rəsmilərlə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini müzakirə edib

Hakan Fidan rusiyalı rəsmilərlə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini müzakirə edib

Rusiyada rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin ilə görüşüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Sabah” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl H. Fidan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də danışıqlar aparıb.

Qeyd olunub ki, görüşlərdə Ukraynadakı nizamlanma, Qəzza zolağında, Suriyadakı vəziyyət və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı müzakirələr aparılıb.

Fidan Rusiyaya səfəri çərçivəsində BRİKS+ ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Onun rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM