satellite   Azerspace-1: 11135 H 30000

Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı COP29-a hazırlıqla əlaqədar Azərbaycana səfər edəcək

Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı COP29-a hazırlıqla əlaqədar Azərbaycana səfər edəcək

Sabah Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra noyabrda ölkədə keçiriləcək COP29 konfransına hazırlıqla bağlı görüşlər keçirmək üçün Bakıda olacaq.

Naxçıvan televiziyası xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən jurnalistlərə verilən məlumata görə, komissar Hoekstra COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-un təmsilçiləri ilə görüşəcək. O, həmçinin energetika naziri Pərviz Şahbazov və xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli görüşlər keçirəcək.

Komissar Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də fikir mübadiləsi aparacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM