satellite   Azerspace-1: 11135 H 30000

XİN: 2020-ci il müharibəsindən bəri mina qurbanlarının sayı 369-a çatıb

XİN: 2020-ci il müharibəsindən bəri mina qurbanlarının sayı 369-a çatıb

2020-ci il müharibəsindən bəri Azərbaycanda mina qurbanlarının ümumi sayı 369-a yüksəlib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edib.

Bildirilib ki, dünən və bu gün daha bir ANAMA əməkdaşı Ermənistanın basdırdığı mina partlayışında həlak olub, bir neçəsi isə ağır yaralanıb:

"Ermənistanın mina təhlükəsi azərbaycanlıların həyatını hələ də təhdid edir. Nəticədə 2020-ci il müharibəsindən bəri mina qurbanlarının ümumi sayı 369 nəfərə yüksəlib. Bu ölümcül təhlükə ilə mübarizə üçün beynəlxalq səylərin səfərbər edilməsi insan həyatının qorunması naminə hər zamankından daha vacibdir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM