satellite   Azerspace-1: 11135 H 30000

Əziz Ələkbərli: Qərbi Azərbaycana qayıdışla bağlı festival çox möhtəşəm hazırlanıb

Əziz Ələkbərli: Qərbi Azərbaycana qayıdışla bağlı festival çox möhtəşəm hazırlanıb

Naxçıvanın Batabat yaylağında təşkil olunan Qərbi Azərbaycana qayıdışla bağlı festival çox möhtəşəm hazırlanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan icmasının İdarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

O bildirib ki, bu gün Naxçıvanın Batabat yaylağında təşkil olunan Qərbi Azərbaycana qayıdışla bağlı festival-konqres çox möhtəşəm hazırlanıb:

“Artıq ikinci dəfədir ki, Naxçıvanda Qərbi Azərbaycanla bağlı festival keçirilir. Yeddi ay bundan əvvəl, noyabrın 23-24-də Naxçıvan şəhərində və Ordubad rayonu ərazisində keçirilən birinci festivalda qərara alınıb ki, hər il Naxçıvanda Qərbi Azərbaycana qayıdışla bağlı festival təşkil olunsun.

Bu, bizim Qərbi Azərbaycana qayıdışla bağlı dünya ictimaiyyətinə mesajımızdır və hər kəs bilməlidir ki, bu insanların öz ata-baba yurdlarına qayıtmaları onların beynəlxalq hüquqa söykənən haqqıdır, alternativi olmayan bu qayıdış gec-tez baş tutmalıdır.

Biz belə möhtəşəm festival-konqres təşkil etdikləri üçün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə, Naxçıvan Dövlət Universitetinin rəhbərliyinə və bütün kollektivinə, digər təşkilatçılara, eyni zamanda, Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkürümüzü bildiririk”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM