satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanla daha iki ölkə arasında viza tələbi aradan qaldırılır

Azərbaycanla daha iki ölkə arasında viza tələbi aradan qaldırılır

Azərbaycanla daha iki ölkə arasında viza tələbi aradan qaldırılır.

Naxçıvan televiziyası-ın məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi deputatların müzakirəsinə təqdim edilib.

Müzakirələrdən sonra sənədlər səsverməyə çıxarılaraq qəbul olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM